“Liverpul”un futbolçusu Braziliyanın Avropadakı ən yaxşı oyunçusu seçilib
Braziliyanın Avropada oynayan ən yaxşı oyunçusu müəyyənləşib. Xarici KİV-lərin yaydığı xəbərə görə, bu ada "Liverpul"un yarımmüdafiəçisi Filippe Koutinyo layiq görülüb. Ona ənənəvi "Samba d'Or" mükafatı təqdim edilib. Qeyd edək ki, Koutinyo (32.13 faiz) bu sorğuda 2014 və 2015-ci illərdə mükafatın qalibi olan "Barselona"lı Neymarı (27.88) qabaqlayıb. Üçüncü yeri "Real"lı Kazemiro (13.35) tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB