“Zirə” növbəti transferini reallaşdırıb

“Zirə” növbəti transferini reallaşdırıb

"Zirə" futbol klubu dövrələrarası fasilədə ilk transferini reallaşdırıb. Klubdan yayılan məlumatda deyilir ki, komanda müdafiə xəttini gücləndirmək məqsədilə Sadiq Quliyevlə müqavilə imzalayıb. Anlaşmaya əsasən, futbolçu cari mövsümün sonunadək "Zirə"nin formasını geyəcək.

Futbolçu ötən mövsüm də "Zirə"nin heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu "Qəbələ"yə dönən gənc müdafiəçi bu dəfə azad agent statusunda "qartallar"ın sıralarına qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə