Kikboksinq üzrə Azərbaycanın millisinin və "Qəbələ" idman klubunun təmsilçisi Pərviz Abdullayev Çinin Sanya şəhərində təşkil olunan "Kunlun Fight 56" turnirinə qələbə ilə başlayıb.
Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, 75 kiloqram çəki dərəcəsində çıxış edən dünya çempionumuz reytinq xarakterli döyüşdə Çin idmançısı Ma Şuo ilə qarşılaşıb. P.Abdullayev döyüşdə 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB