Çezare Prandelli "Valensiya"dan da qovuldu!

Çezare Prandelli "Valensiya"dan da qovuldu!

"Valensiya" baş məşqçisi Çezare Prandellini istefaya göndərib. İspaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, baş məşqçi vəzifəsinə müvəqqəti olaraq Voro yerinə yetirəcək.

Qeyd edək ki, Ç.Prandelli oktyabrdan "Valensiya"nı çalışdırırdı. Onun baş məşqçilik etdiyi komandaya La Liqada 8 oyundan cəmi 1-ində qələbə qazanıb. Əlavə edək ki, "Valensiya" 12 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə