Arzu Mustafayev: "2016-cı il FAİREX üçün 10 illik yubileylə əlamətdar olub" AÇIQLAMA
"2016-cı il Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) üçün 10 illik yubileylə əlamətdar olub. Federasiya illik planını tam yerinə yetirib". Bunu SİA-ya açıqlamasında FAİREX-in vitse-prezidenti Arzu Mustafayev deyib.
O, FAİREX-in 2016-cı ildə həyata keçirdiyi işlərdən danışıb: "Federasiya buzadırmanma, draytulinq, idman dırmanması və digər növlər üzrə Respublika çempionatlarını uğurla təşkil edib. Bundan başqa, idmançılarımız Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və başqa ölkələrin dağlarına uğurlu yürüşlər həyata keçiriblər. Bu il həmçinin "Azərbaycan Bəbiri" layihəsinə start verilib. Yeddi Azərbaycan zirvəsində olan idmançılara "Azərbaycan Zirvəsi" Fəxri Diplomu və döş nişanı təqdim olunub. Hazırda qış yürüşlərini həyata keçiririk".
A.Mustafayev bildirib ki, 2016-cı ilin dekabr ayının 24-də dövlət başçısı İlham Əliyevin doğum günü münasibəti ilə Onun adını daşıyan "İlham Zirvəsi"nə uğurlu yürüş təşkil edilib. O qeyd edib ki, 2016-cı ilin avqustunda Beynəlxalq Olimpiya Komitəsi idman dırmanması növünü Olimpiya Oyunlarının proqramına daxil edib və 2020-ci ildə Tokiyoda baş tutacaq Olimpiadada bu növ üzrə yarışlar keçiriləcək.
"Havaçılıq məktəbində dərslər uğurla davam edir (Paraplan üzrə). Dağçılıq məktəbi 2015/2016-cı tədris ilini yekunlaşdırıb, 2016/2017-ci tədris ilinə başlayıb. Havaçılarımız Səudiyə Ərəbistanda, Ukraynada və digər ölkələrdə çempionatlarda uğurla çıxış ediblər. Buzadırmanma üzrə milli komandamız dünya ikincisi olub. İdmançılarımız 2017-ci ildə daha böyük nəticələr göstərmək üçün əllərindən gələni edəcəklər", deyə federasiya rəsmisi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB