22 yaşlı amerikalı idmançı Kayl Tomsonun məşq zamanı ehtiyatsızlığı ölümü ilə nəticələnib. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, bədbəxt hadisə Ayova ştatının Ankeni şəhərində yerli idman zallarından birində yaşanıb. Tomson uzanaraq sinə əzələlərini məşq etdirmək istəyərkən 142 kq-lıq ştanq əlindən çıxaraq boynuna düşüb. O, Ankenidən 16 kilometr aralıda yerləşən De-Moyn şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq idmançının həyatını xilas etmək mümkün olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB