“Neftçi” Türkiyə klubu ilə qarşılaşacaq

“Neftçi” Türkiyə klubu ilə qarşılaşacaq

Qış hazırlığını Antalyada keçirəcək "Neftçi" "Sivasspor"la qarşılaşacaq. Bu haqda Türkiyə klubunun saytı məlumat yayıb. Oyun yanvarın 8-də keçiriləcək.

Xatırladaq ki, hazırda Türkiyə birinci liqasında yarışan "Sivasspor" 4-cü yeri tutur.

Qeyd edək ki, toplanış çərçivəsində "Neftçi" "Kukesi" (Albaniya), "Tosno" (Rusiya) və "Terek"lə (Rusiya) yoxlama oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə