"Trabzonspor" aşağı dəstə klubu ilə bacarmadı

"Trabzonspor" aşağı dəstə klubu ilə bacarmadı

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb. Ərsun Yanalın komandası səfərdə "Kızılcabolukspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Kızılcabolukspor" - "Trabzonspor" - 1:1
Qollar
: Okay Yokuslu, 17 (0:1), Emir Can Sayar, 89 (1:1)

Millimizin futbolçusu R.Şeydayevin adı sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil edilməyib. Qeyd edək ki, Trabzonspor" H qrupunda 5 xalla 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə