Azərbaycanlı hakim “Vakıfbank”- “Drezdner” oyununu idarə edəcək

Azərbaycanlı hakim “Vakıfbank”- “Drezdner” oyununu idarə edəcək

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Eldar Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək "Vakıfbank" (Türkiyə) - "Drezdner" (Almaniya) oyununun baş hakimi olacaq.

Gələn il yanvarın 25-də İstanbulda təşkil olunacaq oyunda E.Əliyevə fransalı Lyuk Kvest kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə