"Qalatasaray" Kolbeyn Siqtorssonla yollarını ayırıb

"Qalatasaray" Kolbeyn Siqtorssonla yollarını ayırıb

"Qalatasaray" klubu yayda transfer etdiyi islandiyalı futbolçu Kolbeyn Siqtorssonla yollarını ayırıb. SİA-nın məlumatına görə, Türkiyə mətbuatı baş məşqçi Yan Olde Rikerinkin 26 yaşlı futbolçunu komandada görmək istəmədiyini yazır. Səbəb futbolçunun yayda İslandiya yığmasının heyətində aldığı zədənin hələ də sağalmamasıdır. Qarşılıqlı razılaşma ilə klubdan ayrılan Siqtorsson "Qalatasaray"dan yalnız 400 min avro alacaq. O, oynamadığı üçün 815 min avrosundan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə