Millimizin üzvü ikinci dəfə Ukraynanın simvolik beşliyinə daxil edilib FOTO

Millimizin üzvü ikinci dəfə Ukraynanın simvolik beşliyinə daxil edilib FOTO

Basketbol üzrə milli komandamızın üzvü Amil Həmzəyev bu il Ukrayna Super Liqasında peşəkar oyunu ilə yadda qalıb. SİA-nın məlumatına görə, Ukrayna Basketbol Federasiyasının məşqçilər komitəsi ölkə çempionatında ötən həftənin oyunlarına əsasən ən yaxşı beşliyi elan edib. "Kremen"də çıxış edən həmyerlimiz ikinci dəfə ölkənin simvolik beşliyinə daxil edilib.

Basketbolçumuz son iki qarşılaşmada 42 xal toplayaraq komandasının ən yaxşılarından olmağı bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə