İstanbulun "Qalatasaray" klubunun hollandiyalı futbolçusu Sneyder Çindən gələn təklifi qəbul etməyib. SİA-nın məlumatına görə, Çin klubundan holland futbolçuya üçillik müqavilə təklif olunub. Klub təcrübəli futbolçuya 3 ilinə 25 milyon avro maaş verməyə hazır olduğunu bildirib.
Otuz iki yaşlı yarımmüdafiəçi bu təklifi rədd edib. O, öz açıqlamasında İstanbul klubunda xoşbəxt olduğunu bildirib: "Qalatasaray" artıq mənim üçün özəl bir klubdur. Türkiyədə və İstanbulda yaşadığıma görə xoşbəxtəm və bunu pozmağa niyyətim yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB