Futbol üzrə Argentina milli komandasının və Fransanın "PSJ" klubunun yarımmüdafiəçisi Anxel Di Mariya karyerasını Çində davam etdirə bilər. SİA-nın məlumatına görə, Çin klublarından biri argentinalını qış fasiləsində heyətinə cəlb etmək istəyir. Belə ki, əgər keçid baş tutsa, "PSJ" klubu bu transferdən 60 milyon avro qazana bilər.
Xatırladaq ki, 2015-ci ildən Paris klubunda çıxış edən Anxel Di Mariya keçirdiyi 43 matçda rəqib qapılarına 11 dəfə yol tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB