Baş katib: “Polo yığmamız Argentinada təlim-məşq toplanışı keçir” MÜNASİBƏT
"Polo üzrə Avropa çempionatı 2020-ci ildə Azərbaycanda keçiriləcək". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq qitə yarışının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Atçılıq Federasiyasının iclasında qərar qəbul edilib.
B.Nəbiyev deyib ki, Azərbaycan millisn hazırda Argentinada təlim-məşq toplanışındadır: "Bizim çövkən oyunçularından ibarət polo üzrə milli komandamız var. Çövkən yarışları bizə polo üzrə milli komandaya yeni oyunçuların seçilməsinə imkan verir. Hazırda polo yığmamız Argentinada təlim-məşq toplanışı keçir. Bu yarışdan sonra bəzi oyunçular seçiləcək və komandanın ikinci heyəti formalaşacaq".
Baş katib polo yığmasının 2018-ci ildə İtaliyanın Syena şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəyini də sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB