FİFA prezidenti: "Sınaq uğurlu alındı"

FİFA prezidenti: "Sınaq uğurlu alındı"

FİFA prezidenti Canni İnfantino növbəti dəfə dünya çempionatı üçün daha çox komandaya vəsiqə verilməsi fikrini dəstəkləyib. SİA-nın məlumatına görə, italiyalı funskioner bu ideyanın futbol federasiyaları tərəfindən də dəstəkləndiyini bildirib: "Effektivliyə nail olmaq istəyirik. Düzgün istiqamətə gedirik və dünya çempionatı iştirakçılarının sayını artımağı düşünürük. Mundialda 32-dən çox komanda oynamalıdır. İştirakçıların sayını 40 və ya 48-ə yüksəltmək planlaşdırılır. Milli assosasiyalar bu ideyanı tamamilə dəstəkləyirlər. Videotəkrarlardan istifadə olunmasına gəlincə, sınaq uğurlu alındı. Gələcəkdə bu sistemə böyük yer veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə