İtaliyanın "İnter" klubunun yarımmüdafiəçisi Felipe Melo komandasını dəyişməyə hazırlaşır. SİA-nın məlumatına görə, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirə bilər. Melo son Braziliya çempionu "Palmeyras"la danışıqlar aparır. 33 yaşlı futbolçunun 3 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, "İnter" Melonu 2015-ci ildə "Qalatasaray"dan transfer edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB