Mariya Stadnik: “Bu il Azərbaycan idmançıları böyük uğurlara imza atıblar" AÇIQLAMA

Mariya Stadnik: “Bu il Azərbaycan idmançıları böyük uğurlara imza atıblar" AÇIQLAMA

"Bu il Azərbaycan idmançıları böyük uğurlara imza atıblar. 2016-cı ildə dünyanın ən böyük idman yarışı olan Olimpiya Oyunları keçirildi. Azərbaycan idmançıları Olimpiadada tarixi nəticə əldə etdilər". SİA-nın məlumatına görə, bunu tanınmış güləşçi, Olimpiya Oyunlarının 2 dəfə gümüş və bürünc medalçısı, dünya və 5 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik deyib.

İdmançı 2016-cı ilin onun üçün uğurlu keçdiyini qeyd edib: "Bu il bir çox məqamlarla yadda qalan oldu. 2016-cı ili yaxşı başlamışdım. İlin sonunu da Olimpiya medalı ilə başa vurdum. Təəssüf ki, qızıl medal qazanmadım. Ancaq Olimpiya medalı qazanmaq böyük nəticədir və buna görə sevinirəm. İdman karyeramı bitirmədən, məşqləri davam etdirəcəyəm. Qələbələrimin davamını gətirmək istəyirəm".

M.Stadnik Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə