Cahangir Əsgərov yenidən AAAF-ın prezidenti seçildi

Cahangir Əsgərov yenidən AAAF-ın prezidenti seçildi

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda şəhər və rayon idman cəmiyyətlərinin, idman klub və məktəblərinin təmsilçiləri, AAAF-in üzvləri iştirak ediblər.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb.

AAAF-in vitse-prezidenti Tofiq Heydərov son illər ağır atletika idmanı üzrə əldə olunan böyük uğurlar barədə məlumat verib.

Sonra federasiyanın prezidenti vəzifəsinə səsvermə keçirilib. Seçkidə yeganə namizəd olan AAAF-ın prezidenti Cahangir Əsgərov yenidən bu vəzifəyə seçilib.

Daha sonra AAAF-nin Rəyasət Heyətinin tərkibi formalaşdırılıb. Rəyasət Heyətinin iclasında isə Federasiyasının İcraiyyə Komitəsinin üzvləri, vitse-prezidentlər, həmçinin digər komitələrin üzvləri seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə