İlham Zəkiyev: “2016-cı il uğurlu nəticələrlə yadda qaldı” AÇIQLAMA
"2016-cı il uğurlu nəticələrlə yadda qaldı. İdmançılarımız Olimpiya Oyunlarından 18, Paralimpiya Oyunlarından isə 11 medalla Vətənə qayıtdılar. Ümumilikdə əldə olunan 29 medal çox yüksək nəticədir". Bunu SİA-ya açıqlamasında cüdo üzrə ikiqat Paralimpiya çempionu, Avropa Oyunlarının qalibi İlham Zəkiyev deyib.
O, ölkəmizdə idmana və idmançılara dövlət tərəfindən yüksək diqqət göstərildiyini vurğulayıb. İ.Zəkiyev dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin hər zaman idmançılara xüsusi qayğı ilə yanaşdığını, onları yüksək şəkildə mükafatlandırdığını qeyd edib: "Cənab Prezidentin diqqəti idmançılarımız üçün çox böyük stimuldur. Dövlət başçımızın qayğısı nəticəsində Azərbaycan idmanı sürətlə inkişaf edir, ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. Cənab Prezident Paralimpiya Oyunlarında 5-ci olduğuma görə məni də Fəxri Diplomla təltif etdi. Bu mükafat mənim üçün yeni qələbələrə stimul oldu".
O, Rio Paralimpiya Oyunlarındakı çıxışından danışıb: "Rio Paralimpiya Oyunlarında təzyiqim aşağı düşmüşdü. Səhhətimdə problemlər var idi. Həkimlər tatamiyə çıxmağımı qadağan etmişdilər. Bununla yanaşı, orada hakimlərin qərəzli mövqeyi və haqsızlığı da oldu. Ancaq mən sona qədər mübarizə apardım və 5-ci oldum".
İdmançı gələn il keçiriləcək Avropa çempionatı və ölkəmizdə təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşdığını, yarışlarda yüksək nəticələr qazanmağa çalışacağını bildirib. O, bütün həmyerlilərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB