İki ingilis klubu 25 yaşlı braziliyalı futbolçuya görə "didişirlər"
"Yuventus"un müdafiəçisi Aleks Sandro karyerasını İngiltərədə davam etdirə bilər. Britaniya mətbuatı yazır ki, braziliyalı futbolçu ilə Mançester klubları yaxından maraqlanır. Belə ki, həm "Mançester Yunayted", həm də "Mançester Siti" 25 yaşlı futbolçunun xidmətində maraqlıdı. "Mankunianlar" xeyli müddətdi ki, Sandronu diqqət mərkəzində saxlayırlar. Onların həmşəhərliləri də "sambaçı"nı transfer etməkdə israrlıdılar. Lakin "Yuventus" rəhbərliyi də Sandro ilə əməkdaşlığı davam etdirmək istəyir. Turinlilər bunun üçün Aleksin məvacibini də artırmağa hazırdı.
Qeyd edək ki, 2015-ci ildən "Yuventus"un formasını geyinən Sandro 2011-ci ildən Braziliya millisinin də üzvüdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB