İbrahimoviç: Messiyə çatmağa 1 qol yetər...

İbrahimoviç: Messiyə çatmağa 1 qol yetər...

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç İngiltərə Premyer Liqasının XVIII turunda "Sanderlend"lə qarşılaşmada növbəti dəfə fərqlənib. Apasport.az saytının məlumatına görə, "qırmızı şeytanlar"ın 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada isveçli forvard 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bununla İbra 2016-cı ildə klubunda vurduğu qolların sayını 50-yə çatdırıb. 35 yaşlı forvard buna PSJ və "Mançester Yunayted"in heytində nail olub. Zlatanın ilin bombardiri olması üçün isə 2 qola ehtiyacı var. Çünki o, hazırda yalnız "Barselona"nın heyətində il ərzində 51 dəfə fərqlənən Lionel Messidən geri qalır. İbrahimoviç dekabrın 31-də "Midlsbro" ilə növbəti tur matçında dubl etsə, o zaman argentinalını da geridə qoyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə