Bu gün "Trabzonspor"da idarə heyətinin fövqəladə iclası keçirilib. Qol.az-ın "Lig TV"yə istinadən yaydığı xəbərə görə, baş məşqçisi Ərsun Yanalın da iştirak etdiyi iclasda komandanın mövsümün ilk yarısındakı çıxışı müzakirə olunub. Bundan başqa, komandanın transfer planları barədə danışıqlar olub. İclasda millimizin futbolçusu Ramil Şeydayevi yolları ayırmaq barədə fikir mübadiləsi olub. Komandadan R. Şeydayevlə yanaşı, , Hun Yun Suk, Luis İbenez, Güray Vural və Muhammet Demirin göndərilməsinə qərar verilib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatında R.Şeydayevin "Samsunspor"a icarəyə veriləcəyi xəbərləri yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB