Vəsait “Xəzər Lənkəran”ın hesabına köçürülüb

Vəsait “Xəzər Lənkəran”ın hesabına köçürülüb

Xəbər verdiyimiz kimi, üzvləri milli komandaların heyətində çıxış edən klublara ödənilməsi üçün UEFA tərəfindən ayrılmış vəsaitlə bağlı AFFA tərəfindən UEFA-ya sorğu göndərilmiş və "Xəzər Lənkəran" klubunun ödənişi ilə əlaqədar UEFA-nın tövsiyəsinə ehtiyac duyulduğu bildirilmişdi. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA sorğunu cavablandırıb və Avro-2016-nın seçmə mərhələsində "Xəzər Lənkəran" klubuna məxsus futbolçuların milli komanda heyətində çıxışına görə UEFA tərəfindən ayrılmış 120,583.68 avro vəsait UEFA-nın tövsiyəsinə əsasən müvafiq qaydada AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Eyni zamanda, "Xəzər Lənkəran" klubu AFFA və PFL-ə olan borcunu ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə