Azad Rəhimov: “Bakı-2017”nin keçirilməsi üçün təqribən 100 milyon dollar nəzərdə tutulub"
Bu gün keçirilən hesabat mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov gələn il ölkəmizdə təşkil ediləcək IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq işlərindən də danışıb. SİA-nın məlumatına görə, o, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin tam şəkildə formalaşdığını, mütəxəssislərin öz vəzifələrini peşəkarlıqla icra etdiklərini qeyd edib: "Altmışa yaxın xarici mütəxəssis və 500-ə yaxın yerli gənc işlərin öhdəsindən məharətlə gəlirlər. Oyunların açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda olacaq. Bu mərasimlər böyük iş tələb edir".
Nazir deyib ki, "Bakı-2017" ərəfəsində mədəniyyət tədbirləri də həyata keçiriləcək. Onun sözlərinə görə, hazırlıq işlərində heç bir sahədə gecikmə yoxdur: "Oyunlarda 4000-ə qədər idmançı, 2000 nəfər texniki şəxs və nümayəndə heyəti iştirak edəcək. Ümumilikdə Atletlər Kəndində 6000-ə yaxın insan məskunlaşacaq. IV İslam Oyunlarından sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün təqribən 100 milyon dollar nəzərdə tutulub. Onun 60 milyonu bu il üçün idi. Məbləğin qalan hissəsi isə gələn il xərclənəcək. Vəsaitin böyük hissəsi əsasən açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB