İdman mütəxəssislərinə fəxri adlar təqdim olunub FOTOLAR

İdman mütəxəssislərinə fəxri adlar təqdim olunub FOTOLAR

Bu gün Gənclər və İdman Nazirliyində idman mütəxəssislərinə fəxri adlar təqdim olunub. SİA-nın məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Nazir A.Rəhimov 2016-cı ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu qeyd edib: "Hər il idmançılarımız daha çox medallar qazanırlar, ölkəmiz daha böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Dövlətimiz hər zaman idmançılara və idman mütəxəssislərinə böyük diqqət və qayğı göstəririr. Bu gün isə nazirliyin kollegiyasının qərarı ilə fərqlənmiş idman mütəxəssislərinə fəxri adlar tədim olunacaq".

Daha sonra təltifetmə mərasimi olub. Nazir A.Rəhimov adları aşağıda göstərilmiş idman mütəxəssislərini təltif edib:

"Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi"

1. Əliyev ƏliağaZöhrəb oğlu

2. Əhmədov Rövşən Cəmaləddin oğlu

3. Mehdiyev OktayVaris oğlu

4. Kamilov Tofiq Kamil oğlu

5. Yahyayev Hafiz Səddar oğlu

6. Əmrəli İradə Əli İslam qızı

7. Allahverdiyev Xanlar Xanlar oğlu

8. Aslanov Rafiq Mürsəl oğlu

9. Əzizov Teyyub Ağayar oğlu

10. Siracov İlyas Ağamahmud oğlu

11. Mirzəyev İlham Ağamirzə oğlu

12. Hüseynov Əli Qasım oğlu

13. Nərimanov Səxavət Əsgər oğlu

14. Rzayev Nazim Hüseynağa oğlu

"Azərbaycan Respublikasının Əməkdar məşqçisi"

1. Səfərli Şəmsi Ramazan oğlu

2. Hüseynli Turac Bəylər oğlu

3. Bayramov Şəmsi Əli oğlu

4. Kirillov Fyodor Borisoviç

5. Əlimuradov Şıxmurad Əlimurad oğlu

6. Əliyev Xəyal Məhəmməd oğlu

7. Məmmədov Orxan Rasim oğlu

8. Əliyev Rasim Rizvan oğlu

9. İsmayılov Famil İsmayıl oğlu

10. Manaflı Yalçın Altay oğlu

11. Alıyev Elnur Tahir oğlu

12. Muxtarov Oktay Novruz oğlu

13. Hüseynov Rəhman Elman oğlu

14. Qurbanzadə Cavid Namiq oğlu

15. Həmidov Elçin Tofiq oğlu

16. Mayılov Fərid Farux oğlu

17. Əliyev Əli Məmməd oğlu

18. Quliyev Mahir Ağabəşir oğlu

"Azərbaycan Respublikasının Əməkdar İdman Ustası"

1. Allahverdiyev Anar Xanlar oğlu

2. Polişuk Aleksandr Valeryeviç

3. İbrahimov Ramin İbrahim oğlu

4. Şahsuvarlı Kamran Namiq oğlu

5. Abdullayev Pərviz Amil oğlu

6. Vəliyev Mərdan İsgəndər oğlu

7. Qasımov Ramil Famil oğlu

8. Vıstropova Yelena Yevqeniyevna

Fəxri diplom

1. Cabbarov Güloğlan Məhərrəm oğlu

2. Səbuhi Rəcəb Vaqif oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə