Hicran Şərifov: “İdmançılarımız 2016-cı ili üzüağ tamamladılar” AÇIQLAMA
"2016-cı il Olimpiya ilidir. Olimpiada idmançılar üçün ən böyük sınaqdır. Azərbaycan atletləri Olimpiya Oyunlarında 18 medal qazanaraq yeni tarix yazdılar. İdmançılarımız mötəbər beynəlxalq yarışlarda uğurla çıxış edərək 2016-cı ili üzüağ tamamladılar". Bunu SİA-ya açıqlamasında Olimpiya dərəcəli güləş hakimi Hicran Şərifov deyib.
O, 2017-ci ilin ölkəmiz üçün 2016-cı ildən də düşərli olacağına inandığını bildirib: "Azərbaycan gələn il də mötəbər beynəlxalq yarışlara uğrula ev sahibliyi edəcək. İdmançılarımızın qələbələr estafetini davam etdirəcəklərinə əminəm. 2017-ci ildə ölkəmizdə bütün sahələrdə uğurlar gözləyirik".
H.Şərifov 2016-cı ilin onun üçün də uğurlu keçdiyini qeyd edib: "Bu il mən 3-cü dəfə Olimpiya Oyunlarına vəsiqə qazandım və ölkəmizi hakim kimi uğurla təmsil etdim. Orada mübahisəli məqamlarla rastlaşdım, ancaq düzgün qərar qəbul etdiyimə görə Dünya Güləş Birliyi mənə təşəkkür bildirdi.
Dekabrın 23-də dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən Milli Olimpiya Komitəsinin "Olimpiya" ordeni təltif olundum. "Olimpiya" ordeni ilə təltif olunmağım mənim ən böyük uğurumdur.
Bu ilin oktyabr ayında pedaqogika üzrə dissertasiyamı başa vurdum. Uğurla müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi adına layiq görüldüm".
O, bütün dünya azərbaycanlılarını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib, həmyerlilərimizi həmişə həmrəy olmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB