Levandovski ən yaxşı futbolçu seçilib

Levandovski ən yaxşı futbolçu seçilib

Polşa milli komandasının və "Bavariya" klubunun hücumçusu Robert Levandovski öz ölkəsinin ən yaxşı futbolçusu seçilib. SİA-nın məlumatına görə, 28 yaşlı forvard 69 xal yığaraq altıncı dəfə bu titula yiyələnib.

R.Levandovski "Bayern" (Münxen) klubunun heyətində cari mövsümdə keçirdiyi 24 matçda 20 dəfə fərqlənib, 4 dəfə isə məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə