"Neftçi" "Qarabağ"dan futbolçu transfer edib

"Qarabağ"ın futbolçusu Namiq Ələsgərov "Neftçi"yə transfer olunub. Bu barədə Qol.az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib. O, deyib ki, N.Ələsgərov dünən "Neftçi" ilə 1.5 illik müqavilə imzalayıb. Qeyd edək ki, N.Ələsgərov 2014-cü ildən "Qarabağ"da çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə