Kişi voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib. SİA-nın məlumatına görə, liderlər turu itkisiz başa vurublar. Belə ki, "Neftçi" klubu "Nəqliyyatçı"ya asanlıqla qalib gəlib-3:0. "Lokomotiv" komandası "Naxçıvan"ı yenə də "quru hesabla" məğlub edib. MOİK isə "Sumqayıt"a şans verməyib. 3:0 hesabı ilə qələbə qazanan "hərbçilər" aktivindəki xalların sayını 13-ə çatdırıblar. Bununla da MOİK turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
Turnir cədvəlinə 27 xalla "Neftçi" başçılıq edir. Liderdən iki xal geri qalan "Lokomotiv isə ikinci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB