Cəmil Hacıyev “Şəmkir”də

Bu mövsüm Azərbaycan çempionatının I Divizionunda çempion olub Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyən "Şəmkir" növbəti transferini gerçəkləşdirib. SİA-nın məlumatına görə, qərblilər bu dəfə komandaya "Zirə"nin müdafiəçisi Cəmil Hacıyevi cəlb ediblər.

Xatırladaq ki, C.Hacıyev "Zirə"dən öncə də Premyer Liqa təcrübəsi olan futbolçudur. Belə ki, müdafiəçi daha öncə "Sumqayıt" və "İnter" kimi klubların şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə