Anxel di Maria da Çin yolçusudur...

Anxel di Maria da Çin yolçusudur...

PSJ-nin futbolçusu Anxel di Maria qış transfer dövründə Çin klublarından birinə keçə bilər. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Unai Emerinin gəlişindən sonra Paris klubunda işləri yaxşı getməyən argentinalı futbolçu Fransanı tərk etmək qərarı verib. İspaniyalı mütəxəssisin di Marianın oyunundan narazı qaldığı və bu gedişlə onun əsas heyətdən kənarlaşdıracağı bildirilir. Bundan başqa, di Mariyanın Fransada vergidən yayındığı da iddia edilir.

Bütün bunlardan sonra onun onun menecerləri vasitəsi ilə Çin klubları ilə danışıqlara başladığı qeyd edilib. Amma klubların adı açıqlanmır. Danışıqlar müsbət nəticə verəcəyi halda di Mariyanın yanvarda Çinə keçəcəyi istisna edilmir. Qeyd edək ki, son bir ildə Çin klubları səs-küylü transferləri ilə diqqət çəkir. Son olaraq, "Çelsi"dən brazilyalı Oskar 60 milyon avro qarşılığında "Şanxay Şanqan" klubuna transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə