"Fənərbaxça"nın futbolçusu Emanuel Emenike karyerasını yenidən Rusiyada davam etdirə bilər. Məlumata görə, nigeriyalı hücumçu sabiq klubu "Spartak"a (Moskva) keçəcək. Bu barədə məlumatı futbolçunun meneceri Ərdəm Konyar Rusiya mətbuatına açıqlamasında verib.
Sabah Emenikenin Rusiyaya gedərək "Spartak" rəsmiləri ilə görüşəcəyi bildirilir. Qeyd edək ki, Emanuel Emenike 2011- 2013-cü illərdə də "Spartak"da çıxış edib. Xatırladaq ki, intizamsızlığına görə baş məşqçi Dik Advokat 29 yaşlı futbolçunu komandadan uzaqlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB