Portuqaliya Premyer Liqasında 15-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, başa çatan oyunlardan sonra turun simvolik heyəti açıqlanıb. "Whoscored" saytının tərtib etdiyi rəmzi komandada millimizin və "Boavişta"nın yarımmüdafiəçi Emin Mahmudov da var.
Qeyd edək ki, "Boavişta" səfərdə "Nasional"a 2:0 hesabı ilə qalib gəlib. Emin Mahmudov görüşdə vurulan ilk qolun müəllifi olub. Bu, Eminin Portu təmsilçisində ilk qolu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB