Zlatan İbrahimoviç məşqçilər korpusunda

Zlatan İbrahimoviç məşqçilər korpusunda

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Zlatan İbrahimoviç Joze Maurunyonun məşqçilər korpusunda karyerasını davam etdirə bilər.

Klub rəhbərliyi 35 yaşlı futbolçunu kollektivdə saxlamaq üçün belə bir təklif edib. İbrahimoviç isə dəfələrlə gələcək karyerasında özünü baş məşqçi qismində gördüyünü deyib.

Cari ilin yayından "Mançester Yunayted"də forma geyinən isveçli forvard komandanın heyətində 25 oyuna 16 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə