Ölkə çempionatı keçiriləcək

Gələn il yanvarın 14-15-də idman dırmanmasının sürət və çətinlik növləri üzrə ölkə çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, çempionatın nəticələri 2016 və 2017-ci illərin hər ikisi üçün nəzərə alınacaq. Yarışda 19 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycanda dırmanma idman növünü geniş yaymaq, gəncləri və yeniyetmələri bu idman növünə cəlb etməkdir. Yarışlar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasın a(FAİREX) məxsus "CLIMBAKU" İdman Dırmanması Kompleksində keçiriləcək.

Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər federasiya tərəfindən hədiyyələr və Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə