Qərb Universiteti idman klubunun üzvü beynəlxalq çempionatda II yeri qazandı! FOTO
15-18 dekabr 2016-cı il tarixlərində Türkiyənin Antalya şəhərində Avropa Muay Tay Federasiyasının təşkilatçılığı ilə, Beynəlxalq Açıq Antalya Kuboku keçirilib. 20 ölkədən 300-dən artıq idmançının iştirak etdiyi yarışa, Türkiyə, Azərbaycan, İran, Yunanıstan, Gürcüstan, Fələstin, Rusiya və Polşa komanda şəklində, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Litva, İraq, Qazaxıstan, Tayland, Almaniya, Haiti, Pakistan və Bolqarıstanın isə fərdi şəkildə qatılıblar. Xəbəri SİA-ya Qərb Universitetindən veriblər.
Məlumatda deyilir ki, milli komandamız bu yarışda 17 idmançı ilə təmsil olunub: "17 idmançıdan biri olan, Qərb Universitetinin İdman Klubunun üzvü Mustafayev İlkin, İranlı və Yunan rəqibini məğlub etdikdən sonra finalda II yeri qazanmışdır.
Tələbəmizi təbrik edir və uğurlar arzulayırıq!".
Qərb Universiteti idman klubunun üzvü Mustafayev İlkinin də payı olduğu ümumi komanda hesabında milli komandamız 4 qızıl, 8 gümüş və 5 bürünc medalla II yeri qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB