“Kristal Pelas”ın yeni baş məşqçisi müəyyənləşib

“Kristal Pelas”ın yeni baş məşqçisi müəyyənləşib

İngiltərənin "Kristal Pelas" klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, London klubunu bundan sonra Sem Ellardays çalışdıracaq. 62 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Ellardays dekabrın 26-da "Uotford"a qarşı keçiriləcək matçda yeni klubunda debüt edəcək.

Qeyd edək ki, "Kristal Pelas" Sem Ellardaysın karyerasında altıncı klubdur ki, bu da Premyer Liqa tarixində rekorddur.

Bütün xəbərlər Facebook səhifəmizdə