Türkiyə superliqasında mübarizə aparan "Adanaspor" klubunun yeni baş məşqçisi məlum olub. Adana klubunun rəsmi saytı bu barədə xəbər yayıb. Xəbərə görə, komanda Türkiyə millisinə məşqçi kimi çalışan Levent Şahinə tapşırılıb. Fatih Terimin köməkçisi ilə bugünlərdə müqavilə imzalanacaq. Levent Şahin həm millidə, həm də klubda çalışacaq.
Qeyd edək ki, Adana təmsilçisi 15 turdan sonra 9 xalla turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB