Portuqaliya Liqasında 15-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan millisinin üzvləri Emin Mahmudov və Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" bu turda Madeyra səfərinə yollanıb. Porto təmsilçisi "Nasional"a 2 cavabsız qolla qalib gəlib.
Azərbaycan millisinin hər iki üzvü start heyətində meydana çıxıb. Emin Mahmudov 11-ci dəqiqədə fərqlənməklə "Boavişta"da qol hesabını açıb. Futbolçumuz 62-ci dəqiqədə Fabio Espinyo ilə əvəzlənib. 90 dəqiqə meydanda olan K.Ağayev isə 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB