"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və yüksək dərəcəli məşqçilərin, idmançıların hazırlanması istiqamətində özunəməxsus dəsti-xətti vardır. Azərbaycan Həmkarlar İttifaqı Konfedrasiyasının (AHİK) tabeliyində olan "Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyətində idmanın sərbəst güləş, Yunan-Roma güləşi, boks, cüdo, taekvondo və sambo bölmələri fəaliyyət göstərir. Həm də "Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi ("Zenit" BT İC İB) fəaliyyətə başladıgı ilk gündən etibarən bu quruma aid olan müəssisə, idarə və təşkilatlarda bədən tərbiyəsi və idmanın təbliğinə, həmçinin təşkilinə xüsusi diqqət ayrılır. Cəmiyyət Elektroenergetika və Elektrotexnika sənayesi, Müdafiə sənayesi, Avtomobil Nəqliyyatı və Yol təsərrüfatı işçiləri, Aviasia işçiləri, Metropoliten işçiləri, Metal işçiləri, "Baku Stil Kompani" işçiləri Həmkarlar İttifaqının Respublika Komitələri ilə birlikdə bir sıra idman tədbirlərini təşkil edir. Belə tədbirlərdən biri də ənənəvi olaraq hər il təşkil edilən Spartakiadadır. Bu yaxınlarda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə keçirilən növbəti XIX Respublika Spartakiadası başa çatıb. Spartakiadanın təşkili və keçirilməsi, yarışların nəticələri ilə maraqlanmaq üçün Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Milli Olimpiya Komitəsinin üzvü "Zenit" İdman Cəmiyyətinin sədri Fazil Hadıbəyovla görüşüb, onun fikirlərini öyrəndik.

- Fazil müəllim, rəhbərlik etdiyiniz İdman Cəmiyyətinin ölkədə idmanın inkişafı və kütləviləşməsi istiqamətində müəyyən dəsti-xətti var. Bu ugurlarin səbəbi nədir ?
- Respublikada bədən tərbiyəsi və idmanın inkişafında yüksək dərəcəli idmançıların hazırlanmasında rəhbərlik etdiyim cəmiyyətin də müəyyən payı var. Fərəhli haldır ki, ölkədə bədən tərbiyəsi və idman hərakatında müəyyən mövqe tutmağı bacaran "Zenit" İB-nin idmançıları indiyədək Avropa və Dünya çempionatlarında, birinciliklərində, Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edərək ,yüksək naliyyətlər əldə ediblər. Azərbaycanın Həmkarlar İttifaqları Konfedrasiyasının (AHİK) tabeliyində olan cəmiyyətimiz xüsusi ilə təkbətək döyüş növləri üzrə idmançıların hazırlanması sahəsində böyuk təcrübəyə malikdir və müəyyən uğurlara imza atıblar. Ölkə rəhbərinin diqqət və qaygısı sayəsində Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi cəmiyyətdən köməyini əsigəmir. Azərbaycan Güləş Federasiyası tərəfindən yığmanın tərkibində fəaliyyət göstərən idmançılarımız üçün təqaüd ayrılır. Cəmiyyətin paytaxt Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində də şuraları fəaliyyət göstərir. Bu Şuralarda idman növü üzrə ümumilikdə 66 məşqçi fəaliyyət göstərir. Aslan Ağayev, Akif Qurbanov, Cavid Qurbanzadə ( sərbəst güləş), Zöhrab Abbasov, Qərib Əliyev,Əbülfət Məmmədov (Yunan-roma güləşi),Yaqub Abdullayev (Sambo), Emin Fətullayev (cudo), Təvəkkül Məmmədov, Ceyhun Rüstəmov (boks), Ramin Həsənov (taekvondo) kimi təcrübəli məşqçilərin yeniyetmələri ölkə və beynəlxalq səviyyəli yarışlarda respublikamızın idman şərəfini layiqincə qoruyurlar.Təsadüfi deyil ki, ölkə idmanının inkişafına verdiyi töhvələrə görə cəmiyyətin 12 məşqçisinə Əməkdar məşqçi adı verilib. Cəbrayıl Həsənov isə "Əməkdar İdman ustası" adına layiq görülüb. Sevindirici haldır ki "Zenit" in məşqçisi Aslan Ağayev və Cəbrayıl Həsənov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və "Tərəqqi" medalı , Yaqub Abdullayev "Azərbaycan Prezidentinin fəxri diplomu" və Qərib Əliyev isə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Tərəqqi " medalı ilə təltif ediliblər.

- Ölkə idmanında əldə olunan uğurlarda Klub və Cəmiyyətlərin rolu barədə nə deyə bilərsiniz?
- Təbii ki, ölkə idmanında əldə olunan uğurlarda klub və cəmiyyətlərin rolu danılmazdlr.Bu idman təşkilatlarının yetirmələri getdikcə püxtələşir və sonralar karyeralarını federasiyalarda , yığma komandalarda davam etdirirlər. 1993-cü ildən "Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri vəzifəsində çalışıram. Sevinirəm ki, cəmiyyətin təmsilçiləri Olimpiya oyunlarında, Dünya, Avropa çempionatlarında və digər beynəlxalq miqyaslı yarışlarda yüksək nailiyyətlər qazanırlar. Ugurlarımız bacarıqlı, istedadlı, təcrübəli və öz işini dərindəın bilən məşqçilərimizin sayəsində əldə olunub. Yüksək səviyyəli turnirlərdə, mötəbər yarışlarda Azərbaycanı təkcə 2016-cı ildə layiqincə təmsil edən idmançılar arasında cəmiyyətin yetirmələri az deyil .
Sərbəst Güləş üzrə Avropa Çempionatında 09-10 mart 2016-cı ildə Riqa şəhərində Cəbrayıl Həsənov 74 kq çəki dərəcəsində II yer , 23 yaşa qədər sərbəst güləş üzrə Avropa Çempionatı 02-03 aprel 2016-cı il tarixlərində Bolqarıstanda Zəlimxan Vəliyev 61 kq şəki dərəcəsində III yer, Yeniyetmə və Gənclər arasında Sambo üzrə Avropa birinciliyində 07-11 aprel 2016-cı ildə Fransanın Tuluza şəhərində Fuad Məmmədov 56 kq çəki dərəcəsində II yerə və Abdulla Abdullayev 60 kq çəki dərəcəsində III yerə, 15-16 aprel tarixlərində Serbiyada Sərbəst güləş üzrə Olimpiya Oyunlarına litsenziya xarakterli Beynəlxalq turnirdə Cəbrayıl Həsənov 74 kq çəki dərəcəsində I yerə, 27-29 may tarixində Avstriyada Gənclər arasında Cüdo üzrə Avropa Kuboku yarışlarında Kəramət Hüseynov 55 kq çəki dərəcəsində III yerə, 22-23 iyun tarixlərində Buxarestdə Yunan-Roma güləşi üzrə Gənclər arasında Avropa brinciliyi yarışında Nofəl Babayev 55 kq çəki dərəcəsində I yerə, Mikayıl Rəhmanov 60 kq çəki dərəcəsində I yerə, Sənan Süleymanov 66 kq çəki dərəcəsində III yerə, 23-24 iyul tarixlərində Praqa şəhərində Cüdo üzrə Gənclər arasında Avropa Kuboku yarışında Kəramət Hüseynov 55 kq çəki dərəcəsində I yerə, 19-21 avqust tarixlərində Braziliyanın Rio-Dejaniro şəhərində XXXI Yay Olimpiya Oyunlarında Cəbrayıl Həsənov 74 kq çəki dərəcəsində III yerə, 03-04 sentyabr tarixlərində Fransanın Makon şəhərində Sərbəst güləş üzrə dünya birinciliyidə Əfqan Xaşalov 55 kq çəki dərəcəsində I yerə, 11-13 noyabr Gürcüstanın Batumi şəhərində dünya Şotakan Avropa birinciliyində Həsən Əlizadə I yerə, Nahid Abbasov II yerə, Zəhra Qurbanzadə II yerə, Salman Salmanov III yerə, 24 noyabr Bakı şəhəri Ulu öndərin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" Beynəlxalq turnirində Cəbrayıl Həsənov 74 kq çəki dərəcəsində I yeri tutmaqla, yuxarıda adlarını sadaladığımız idmançılarımız yüksək fəxri yerlərə layiq görülüblər.

- Fazil müəllim, hər il ənənəvi olaraq keçirilən Spartakiadanın təşkili və keçirilməsi ilə baglı fikirlərinizi bilmək istərdik.
- Hər il ənənəvi olaraq "Zenit" BT İC İB-nin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Respublika Spartakiadası keçirilir. Spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsinin təmin edilməsi, eləcə də müəssisə və təşkilatların, fəhlə və qulluqçuların asudə vaxtlarını səmərəli keçirmələri, həm də bədən tərbiyəsi və idman yarışlarını yaxşı təşkil etmiş müəssisələri, təşkilatları müəyyən etməkdən ibarətdir.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ənənəvi XIX Respublika Spartakiadasına Oktyabrın 11- də start verilib və yarışlar Noyabrın 23-də yekunlaşıb.Yarışlara baş hakimliyi Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin İcrayyə Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev edib. Baş hakimə respublika dərəcəli hakimlər Ramil Əliyev və Əzim Süleymanov kömək ediblər.
Spartakiadanın proqramında 10 idman növü – Futbol, Voleybol, Kəndirdartma, Stolüstü tennis, Daşqaldırma, Qol güləşi, Nərd, Dama, Şahmat və Güllə atıcılığı yer alıb. Spartakiada yarışının finalında 230 nəfər qüvvəsini sınayıb ki, onun 15-i qadındır.
Yarışların ümumi nəticəsinə əsasən 1-ci yeri Metropoliten işçiləri komandası tutub. Avtomobil Nəqliyyatı və Yol təsərrüfatı işçiləri 2-ci yer və Aviasia işçiləri isə 3-cü olublar. Mükafata layiq yer tutan kollektivlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. XIX Respublika Spartakiadası çərçivəsində keçirilən mini futbol yarışında Metropoliten işçiləri Həmkarlar İttifaqının komandası mini futbol turnirin qalibi olub, 2- ci yeri Avtomobil Nəqliyyatı və Yol təsərrüfatı işçiləri, 3-cü yeri isə Aviasia işçiləri Həmkarlar İttifaqının komandası tutub. Spartakiadaya start verən mini futbol yarışından sonra voleybolçular qüvvələrini sınayıblar. Yarışların çempionu adını qazanan avtomobilçilər fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar. 2-ci yerə Metropoliten işçiləri Həmkarlar İttifaqının idmançıları cıxıblar. Aviasiya işçiləri isə 3-cü olublar.
Növbəti Kəndirdartma yarışı keçirilib. Müdafiə sənayesi işçiləri Həmkarlar İttifaqının idmançıları bütün iştirakçılardan güclü olub və 1-ci yerə cıxıblar. 2- ci yeri Metropoliten işçiləri, 3-cü yeri isə Aviasiya işçiləri tutublar. Spartakiadanın proqramına daxil olan Daşqaldırma üzrə keçirilən yarışda Avtomobil Nəqliyyatı və Yol təsərrüfatı işçiləri Həmkarlar İttifaqının pəhləvanları daha güclü çıxış ediblər. Nəticədə onlar fəxri kürsünün ilk pilləsində qərar tutublar. Metropoliten işçiləri Hİ 2-ci, Aviasia işçiləri isə 3-cü yerdə qərarlaşıblar. Qol güləşi idman növü üzrə yarışlar keçirilib. İdmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar. Metropoliten işçiləri hamıdan güclü olduqlarını sübüt edərək, yarışın qalibi adını qazanıblar. Sonrakı yerləri müvafiq olaraq Müdafiə sənayesi və Avtomobil Nəqliyyatı və Yol təsərrüfatı işçiləri Həmkarlar İttifaqının üzvləri bölüşüblər. Stolüstü tennis üzrə keçirilən yarışlarda Metropoliten işçilərinin daha sərrast olması onlara ilk pillədə qərar tutmaga imkan verib. Avtomobil Nəqliyyatı və Yol təsərrüfatı işçiləri 2-ci, Aviasiya işçiləri 3-cü olub. Dama Yarışlarının çempionu adını Metropoliten işçiləri qazanıblar. 2-ci yerə Müdafiə sənayesi Həmkarlar İttifaqının idmançıları sahib olublar. Avtomobilçilər isə bu yarışlardan 3- cü nəticə ilə ayriliblar. Şahmatçılarin yarışında Aviasiya işçiləri hamıdan güclü olublar. 2- ci yeri Müdafiə sənayesi işçiləri , Metropoliten işçiləri isə 3-cü pillədə yer alıblar.
Nərd üzrə keçirilən yarış zehni qabiliyyətin inkişaf etməsində mühüm rol oynayan bu idman növündə Metropoliten işçiləri 1-ci yeri, Avtomobil işçiləri 2- ci yeri, Aviasiya işçiləri isə 3- cü yeri tutublar. XIX Spartakiadaya Güllə atıcılarının yarışı ilə yekun vurulub. Yarışlarda Aviasiya işçiləri fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar. Avtomobilçilər və Müdafiə sənayesi işçiləri müvafiq olaraq II, III yerləri bölüşüblər.
Yarışlar cox yüksək səviyyədə keçirildi. Hakimlər briqadası çalışdılar ki, iştirakçılardan hec biri narazı qalmasın və komandalar öz layiqli yerlərini tutsunlar. Yeri gəlmişkən hər il oldugu kimi bu il də Spartakiadanın təşkili və keçirilməsində bizə göstərdiyi dəstəyə görə Azərbaycan Mlli Aviasia Akademiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Qeyd edim ki, idmanın 6 növü Mini futbol, Voleybol, Nərd, Dama, Şahmat və Stolüstü tennis yarışları məhz bu təhsil ocagının idman zalında təşkil edildi.
-Yarışların gələcək proqramına yeni idman növlərinin daxil edilməsi nəzərdə tutulurmu ?
- Spartakiadanın proqramı hər il ənənəvi olaraq 10 idman növü üzrə keçirilir. Güllə atıcılıgı növü isə proqramda 5-6 ildir ki, nümayiş olunur. Amma gələcəkdə yeni idman növlərinin daxil edilməsi də istisna deyil.
- 2016 –cı il "Zenit" in yeniyetmələri üçün ugurlu olub. 2017 ci ildə sizin Cəmiyyətin təmsilçilərindən hansı nəticəni görmək istərdiniz?
-2016- cı il Həmkarlar İdman təşkilatının yeniyetmələri üçün ugurlu il olub. Bu ugurların qazanılmasında "Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyətinin öz payı var. Bu il təşkilatımızın idmançıları yuxarıda qeyd etdiyim kimi Olimpiya Oyunlarında, Dünya və Avropa çempionat və birinciliklərində yüksək nailiyyətlər əldə ediblər.Bir sözlə nəticələrimiz ürəkaçandır. Üzümüzə gələn yeni ildə daha səylə fəaliyyət göstərəcək və yenə də ölkə idmanına öz töhfəmizi layiqincə verəcəyik. Mən buna qətiyyətlə inanıram.
Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB