Bu gün Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib. SİA-nın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayır.
Turnirin ilk günündə kişilər arasında 60, 66 kq, qadın cüdoçuların mübarizəsində isə bütün - 48, 52, 57, 63, 70, 78 və 78 kq-dan yuxarı çəki dərəcələri üzrə qaliblər müəyyənləşir. Dekabrın 23-də isə kişi idmançılar 73, 81, 90, 100 və 100 kq-dan yuxarı çəki dərəcələrində mükafat uğrunda yarışacaqlar.
Azərbaycan çempionatının açılış mərasimi bu gün saat 17:00-da olacaq. Respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB