Rusiya Bankı dünya çempionatının keçirilməsi şərəfinə sikkələr buraxıb

Rusiya Bankı dünya çempionatının keçirilməsi şərəfinə sikkələr buraxıb

Rusiya Mərkəzi Bankı 2017-ci ildə ölkədə Konfederasiyalar Kubokunun və 2018-ci ildə futbol üzrə Dünya Çempionatının keçirilməsinə həsr olunmuş sikkələr buraxıb. Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib. "Banks.eu" saytı xəbər verir ki, futbol üzrə Dünya Çempionatının şərəfinə 3 rubl nominalında gümüş sikkələr və 50 rubl nominalında qızıl sikkələr zərb olunub. Gümüş sikkənin tirajı 300 min ədəd, qızıl sikkənin isə 100 min ədəd təşkil edəcək.

Konfederasiyalar Kubokuna həsr olunmuş 3 rubl nominalında olan gümüş xatirə sikkəsi 10 min ədəd tirajla, 50 rubl nominallı qızıl sikkə isə 5 min ədəd tirajla buraxılacaq. Konfederasiyalar Kuboku 2017-ci il iyunun 17-dən iyulun 2-dək Rusiyada keçiriləcək. Turnirin oyunları Moskva, Sankt-Peterburq, Kazan və Soçidə təşkil olunacaq. Dünya Çempionatının oyunları 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə