“Valensiya” Nemanya Maksimoviçi heyətinə qatacaq

“Valensiya” Nemanya Maksimoviçi heyətinə qatacaq

"Valensiya" heyətini gücləndirməyə davam edir. Belə ki, "yarasalar" Qazaxıstan "Astana"sının yarımmüdafiəçisi Nemanya Maksimoviçi heyətinə qatır.

Serb futbolçunun La Liqa klubuna yanvarda, icarə əsasında qoşulacağı gözlənilir. Qeyd edək ki, 2015-ci ildə 20 yaşlı futbolçular arasında dünya çempionu olan Maksimoviç cari mövsümdə Qazaxıstan çempionatında 31 oyunda meydana çıxıb və 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə