“Mançester Siti” “Sevilya”nın futbolçusuna "göz dikib"

“Mançester Siti” “Sevilya”nın futbolçusuna "göz dikib"

"Mançester Siti"nin növbəti transfer hədəfi müəyyənləşib. Britaniya mətbuatının yaydığı xəbərə görə, "şəhərlilər" "Sevilya"nın yarımmüdafiəçisi Stiven Nzonzini heyətinə qatmaq istəyir. 28 yaşlı futbolçu ilə "Çelsi" və "Yuventus" da yaxından maraqlanır. Qeyd edək ki, konqolu futbolçu "Sevilya"ya 2015-ci ilin yayında 8 milyon avro qarşılığında "Stok Siti"dən transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə