Portuqaliyanın nüfuzlu portalında Azərbaycan futbolu barədə yazı dərc olunub

Portuqaliyanın nüfuzlu portalında Azərbaycan futbolu barədə yazı dərc olunub

Portuqaliyanın nüfuzlu "www.maisfutebol.iol.pt" portalında Azərbaycanın "Zirə" futbol klubunun oyunçusu Migel Lorensonun müsahibəsi dərc edilib.

Jurnalist Rikardo Coveia ilə paytaxtımızda görüşən futbolçu Azərbaycan klubuna keçidindən və ölkəmizdəki karyerasından danışıb, Bakı ilə bağlı təəssüratlarını bölüşüb.

Migel Lorenso deyib ki, Azərbaycandan təklif gələndə ilk işi xəritəyə baxmaq olub. Portuqaliyalı müdafiəçi ailəsinin əvvəlcə çox narahat olduğunu bildirərək deyib: "Xəritədə Azərbaycanın dünyanın qaynar nöqtələri Suriya, İraq və Türkiyəyə yaxın olduğunu gördüm. Lakin Bakıya gəldikdə buranın inkişaf etmiş Avropa şəhəri olduğunu müşahidə etdim".

Portuqaliyalı jurnalist futbolçu ilə bərabər "Zirə" klubunun bazasında da olub.

Məqalədə bu futbol klubunun gənc olmasına baxmayaraq, ölkə çempionatında inamla çıxış etdiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə