“Beşiktaş” “Lokomotiv”in 26 yaşlı futbolçusuna "elçi düşüb"

“Beşiktaş” “Lokomotiv”in 26 yaşlı futbolçusuna "elçi düşüb"

"Lokomotiv"in yarımmüdafiəçisi Maykon Markes karyerasını Türkiyədə davam etdirə bilər. Qol.az-ın "Fotomaç"a istinadən yaydığı xəbərə görə, "Beşiktaş" Maykonla yaxından maraqlanır. "Qara Qartal"ın baş məşqçisi Şenol Günəş hücumameyilli futbolçunu sərəncamında görmək istəyir.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin Moskva klubu ilə müqaviləsi 2017-ci ilin yayında bitir. Maykon cari mövsüm Rusiya Premyer Liqasında meydana çıxdığı 12 oyunda 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə