Milli komandamız gürcülərə qalib gəldi

Milli komandamız gürcülərə qalib gəldi

Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib. AFFA-nın saytında yayılan xəbərə görə, qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Qolu Rəvan Məmmədov vurub. Qeyd edək ki, komandamız bir neçə gün əvvəl bu rəqibinə 2:3 hesabı ilə uduzmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə