“Fənərbaxça” öz meydanında qalib gəldi

“Fənərbaxça” öz meydanında qalib gəldi

Futbol üzrə Türkiyə Superliqasında 15-ci tura yekun vurulub. Turun son matçında "Fənərbaxça" öz meydanında "Gənclərbirliyi"ni qəbul edib.

Matç İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sounun dublu və Fernandaonun qolu "Fənər"ə böyükhesablı qələbə qazandırıb.

Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Fənərbaxça" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. "Gənclərbirliyi" isə 19 xalla səkkizincidir.

Bütün xəbərlər Facebook səhifəmizdə