"Neftçi" Türkiyədə ilk yoxlama oyununu "Sivasspor"a qarşı keçirəcək

"Neftçi" Türkiyədə ilk yoxlama oyununu "Sivasspor"a qarşı keçirəcək

"Neftçi"nin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Elxan Abdullayev komandasını Türkiyə "Sivasspor"u ilə oyunda sınaqdan keçirəcək.

Qarşılaşma yanvarın 8-nə nəzərdə tutulub. Bütövlükdə isə, "ağ-qaralar" Türkiyədə 5 sınaq matçı keçirməyi planlaşdırır. Qeyd edək ki, "Neftçi"nin toplanışı yanvarın 4-dən 21-nə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə