"Bavariya" Rafinya ilə müqavilənin müddətini uzadıb

"Bavariya" Rafinya ilə müqavilənin müddətini uzadıb

Braziliyalı müdafiəçi Rafinya "Bavariya" ilə yeni müqavilə imzalayıb. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat yer alıb. 31 yaşlı oyunçu ilə müqavilənin müddəti 2017/2018 mövsümünün sonuna kimi uzadılıb.

Qeyd edək ki, Rafinya 2011-ci ildən Münhen təmsilçisinin uğurları üçün çalışır. O, komandanın heyətində 186 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə